Yazını böyüt
Yazını kiçilt
“İnsanların istənilən fəsildə istilik sistemindən istifadə edə bilməsi üçün şərait yaradılmalıdır. İnsanlar daha çox mənzillərinin istənilən şəkildə isidilməməsindən narazı qalır. Ona görə də qanunla istilik sisteminin mərkəzləşdirilmiş şəkildə idarə olunması öz həllini tapmalıdır”.
Hafta.az xəbər verir ki, bunu Milli Məclisin bugünkü iclasında deputat Məlahət Həsənova “İstilik təchizatı haqqında” qanununun layihəsinin birirnci oxunuşda müzakirəsində bildirib.
“Bəşəriyyət iqlim dəyişikliyinin yaratdığı problemlərlə üz-üzədir. Bir də görürük ki, yayın ən qaynar vaxtında, hansısa yerlərdə qar yağır. Bəzən isti yay ayında havaların soyuqlaşması, evdə istiliyə ehtiyac yaradır”.